Bazar , 8 Fevral 2026
Drone Cameras

Bakıda yol qəzası olub, xəsarət alanlar var

Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Boyukmillet.com xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb. Ziya Bünyadov prospektində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq maneələrə çırpılıb. Hadisə zamanı 25 yaşlı Şahmar Fətullayev və 27 yaşlı Gözəlov Ramin Rəhim oğlu xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. R.Gözəlovun vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə, qəzaya yağışlı hava şəraiti səbəb olub.

Hadisənin təfərrüatı araşdırılır.

Check Also

Hüquqsuz avtomobil idarə edən şəxsin narkotik aludəçisi olduğu aşkarlanıb

Xırdalan-Binəqədi yolunda hərəkətdə olan BMW markalı avtomobilin sürücüsü manevr qaydalarını pozduğu üçün Baş DYP İdarəsinin …