Şənbə , 28 Fevral 2026
Drone Cameras

Xarkovda təxliyə avtobusu atəşə tutulub, 7 nəfər ölüb

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov vilayətində təxliyə avtobuslarını atəşə tutması nəticəsində 7 nəfər ölüb, 27 nəfər yaralanıb.

Boyukmillet.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə Xarkov vilayətinin prokurorluğu məlumat yayıb.

Bildirilib ki, aprelin 14-də İzium rayonunun Borova kəndində mülki sakinlərin təxliyəsi zamanı avtobuslar Rusiya hərbçiləri tərəfindən atəşə tutulub.

Qeyd olunub ki, prokurorluq qəsdən adam öldürmə (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci bəndi) və müharibə qanunlarının pozulması ilə bağlı ibtidai istintaq başladıb.

Check Also

Batumidə qanunsuz heroin dövriyyəsinə görə Azərbaycan və Türkiyə vətəndaşları saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Acarıstan Polis İdarəsinin əməkdaşları tərəfindən Batumidə xüsusilə külli miqdarda narkotik vasitə …