Şənbə , 12 Aprel 2025
Drone Cameras

Saleh Məmmədov Horadizdə vətəndaşları qəbul edib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Horadiz şəhərində vətəndaşları qəbul edib.

“Report” Agentliyə istinadən xəbər verir ki, qəbul qurumun tabeliyində olan “38 N-li Yol İstismarı” MMC-nin inzibati binasında keçirilib.

Qəbulda Füzuli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib. Müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub. Şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbir görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşların qaldırdığı məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Check Also

Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix açıqlanıb

Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Ağbənd …