Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Bakı sakini döyülüb

Boyukmillet.com xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə Buzovna qəsəbəsi ərazisində 3 nəfərin xuliqanlıq zəminində qəsəbə sakini R.Süleymanovu döymələri barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Elçin Muradov, Hafiz Mustafayev və Lerik rayon sakini Mahir Əhmədov müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla həmin şəxslərin R.Süleymanovu döyərək 500 manat pulunu almaları da müəyyən olunub.

E.Muradov şübhəli şəxs qismində tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə cinayət işi başlanılıb.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …