Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Qazaxıstanda casusluqda şübhəli bilinən şəxslər saxlanılıb

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi casusluq, dövlətə xəyanət və qeyri-qanuni dövlət sirrini toplamaqda şübhəli bilinən, aralarında bir nəfər xarici vətəndaşın da olduğu bir qrup şəxsi saxlayıb.

Boyukmillet.com-un “RİA Novosti“yə istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

“Milli Təhlükəsizlik Komitəsi casusluq, dövlətə xəyanət, dövlət sirrini qanunsuz toplama və açıqlamaqda şübhəli bilinərək, bir qrup şəxsi, o cümlədən xarici dövlətin vətəndaşını saxlayıb”, – Komitənin mətbuat xidmətindən bildirilib.

Faktlarla bağlı respublika Cinayət Məcəlləsinin “Dövlətə xəyanət”, “Casusluq” və “Dövlət sirrini qanunsuz toplama və yayma” maddələri ilə cinayət işləri başlanıb.

Check Also

Salyanda 9 kiloqram narkotik satmaq istəyən şəxslər həbs olunub

Salyanda narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinən əvvəllər məhkum olunan Müşfiq Hüseynov və Anar Əsgərov həbs …