Bazar ertəsi , 8 İyul 2024
Drone Cameras

Türkiyədə avtobusa bombalı hücum olub, bir nəfər ölüb – VİDEO – YENİLƏNİB

Bursada həbsxana əməkdaşlarını daşıyan avtobusda partlayış kustar üsulla hazırlanmış bomba ilə hücum nəticəsində baş verib.

Boyukmillet.com-un NTV-yə istinadən verdiyi xəbərə görə, bu barədə Bursa valisi Canbolat məlumat verib.

O, kustar üsulla hazırlanmış bombanın uzaqdan idarəetmə ilə işə salındığını düşündüklərini deyib.

Partlayış nəticəsində bir nəfər ölüb, biri ağır olmaqla, dörd nəfər yaralanıb.

***

10:00

Bursada partlayış baş verib.

Boyukmillet.com-un NTV-yə istinadən verdiyi xəbərə görə, həbsxana mühafizəçilərini daşıyan avtobusda partlayış baş verib.

Nəticədə bir nəfər ölüb. Xeyli sayda yaralının olduğu bildirilir.

Check Also

Türkiyədə şiddətli yağışlar ciddi fəsadlar törədib, 2 nəfər ölüb

Türkiyənin Qaradəniz bölgəsində şiddətli yağışlar ciddi ziyan və tələfata səbəb olub. Boyukmillet.com xəbər verir ki, …