Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ağdam, Füzuli və Cəbrayılda su təchizatı sisteminin tikintisinə başlanılacaq vaxt açıqlanıb

Ağdam, Füzuli və Cəbrayıl rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı layihələr yaxın 3 ay ərzində tam hazır olacaq və sonra tikinti işlərinə başlanılacaq.

Boyukmillet.com xəbər verir ki, bunu “Azərsu” ASC-nin Planlaşdırma və layihələndirmə departamentinin rəis müavini Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı layihələrinin hazırlanması üzrə işlər davam edir. C.Məmmədov deyib ki, azad edilmiş ərazilərdə “Azərsu” ASC-nin ilkin fəaliyyəti həmin ərazilərdə mövcud olan qurğuların bərpası ilə bağlı olub: “Məqsədimiz azad edilmiş ərazilərdəki obyektlərimizi su ilə təmin etmək olub”.

Xatırladaq ki, ötən il Ağdam rayonunda su mənbəyinin müəyyən olunması ilə bağlı tədqiqat işlərinə başlanılıb. Ağdamda iki ədəd kəşfiyyat quyusu qazılıb, bu quyuların tədqiqatları aparılıb. Bu tədqiqatların nəticəsinə görə, bütün Ağdam şəhəri subartezian quyularından su ilə təmin olunacaq.

Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərlərin Baş planları təsdiq edilir və bundan sonra “Azərsu” layihə işlərinə başlaya bilir. Hazırda isə yalnız Ağdam və Füzulinin Baş planları təsdiq edilib

Check Also

AYNA: Daha 34 daşıyıcıya 62 xidmət üzrə fərqlənmə nişanları verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha bir neçə taksi …