Çərşənbə , 10 Dekabr 2025
Drone Cameras

Azərbaycanda iki polis idarəsi ləğv edilib

Azərbaycanda iki polis idarəsi ləğv edilib.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami Rayon Polis İdarəsinin (RPİ) bazasında 1-ci Polis Şöbəsi (PŞ), Kəpəz RPİ-nin bazasında 2-ci plis şöbəsi yaradılıb.

Hazırda Gəncə ŞBPİ-nin tabeçiliyində 1-ci və 2-ci polis şöbələri və 3-cü və 4-cü polis bölmələrinin fəaliyyəti təşkil olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a məlumatı təsdiqləyib.

Check Also

Namizəd Səfərov dələduzluqda ittiham olunur

Namizəd Səfərov barəsində 53 min manatlıq dələduzluğa görə cinayət işi başlanıb. Boyukmillet.com xəbər verir ki, …