Cümə , 22 Noyabr 2024
Drone Cameras

Bu aydan Novosibirsk-Bakı istiqamətində birbaşa uçuşlara başlanılır

Rusiyanın “IrAero” aviaşirkəti mayın 20-dən Novosibirsk-Bakı-Novosibirsk marşrutu üzrə beynəlxalq uçuşlar yerinə yetirməyə başlayacaq.

Boyukmillet.com xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Uçuşlar cümə günləri “Superjet-100” təyyarələri ilə həyata keçiriləcək. Təyyarə Novosibirskdən saat 13:00-da yola düşəcək, Bakıya 4 saat 20 dəqiqədən sonra 14:20-də çatacaq. Heydər Əliyev Hava Limanından uçuş isə həmin gün saat 15:20-də, Tolmaçevo Hava Limanına eniş saat 22:20-də olacaq. Səyahət vaxtı ümumilikdə 4 saat çəkəcək.

Bir tərəfə biletin qiyməti 27 685 rubldan (408 ABŞ dollardan) başlayır.

Qeyd edək ki, hazırda “İrAero” Azərbaycan, Ermənistan, İsrail və Özbəkistana beynəlxalq uçuşlar həyata keçirməyə davam edir.

Biletlər artıq satışdadır.

Check Also

AYNA: Daha 34 daşıyıcıya 62 xidmət üzrə fərqlənmə nişanları verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha bir neçə taksi …