Bazar , 6 Oktyabr 2024
Drone Cameras

Çindən Almaniyaya gedən yük qatarı Azərbaycana yola salınıb

Çindən Almaniyaya gedən yük qatarı “Maestro Niyazi” gəmisi ilə Qazaxıstandan Azərbaycana yola salınıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) məlumat yayıb.

Məlumata görə, Çinin şimal-qərbindəki Şaansi əyalətinin paytaxtı Sian şəhərindən Almaniyanın Mannhaym şəhərinə gedən ilk yük qatarı Qazaxıstanın Aktau limanına çatıb. Yük qatarı buradan ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına məxsus “Maestro Niyazi” quru yük gəmisi ilə Hövsan limanına yola salınıb.

“Maestro Niyazi” fider gəmisinin Hövsan limanına sabah çatacağı gözlənilir. Limanda konteynerlər aşırıldıqdan sonra qatar Gürcüstanın Poti limanına yola salınacaq, sonra isə Qara dəniz vasitəsilə Avropaya çatdırılacaq.

Check Also

Azərbaycanda “Sıfır emissiyalı yükdaşımalar üzrə bəyannamə” imzalanıb

Bu gün Azərbaycanda “Sıfır emissiyalı yükdaşımalar üzrə bəyannamə” imzalanıb. Boyukmillet.com xəbər verir ki, imzalanma mərasimi Bakı …