Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Rusiya Danimarka səfirliyinin əməkdaşlarını ölkədən çıxarır

Rusiya Danimarka səfirliyinin 7 əməkdaşını arzuolunmaz şəxs elan edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib.

XİN-in açıqlamasına görə, Danimarka səfiri Karsten Sönderqord nazirliyə dəvət olunaraq Rusiyanın Danimarkadakı səfirliyinin 15 əməkdaşının, həmçinin Rusiyanın Kopenhagendəki ticarət nümayəndəsinin ölkədən çıxarılmasına, habelə Danimarkanın Ukraynaya hərbi yardım göstərməsinə qəti etiraz bildirilib.

Bunlara cavab olaraq Danimarka səfirliyinin 7 əməkdaşının Rusiyanı 2 gün ərzində tərk edəcəkləri qeyd olunub.

Check Also

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla …