Bazar ertəsi , 7 Oktyabr 2024
Drone Cameras

Prezident Yevlaxda avtomobil yolunun tikintisinə 2,1 milyon manat ayırıb

Prezident İlham Əliyev Yevlax rayonunun Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə (6 km)-Tanrıqulular avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Boyukmillet.com xəbər verir ki, sərəncamla Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə (6 km)-Tanrıqulular avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 2,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

Check Also

Azərbaycanda “Sıfır emissiyalı yükdaşımalar üzrə bəyannamə” imzalanıb

Bu gün Azərbaycanda “Sıfır emissiyalı yükdaşımalar üzrə bəyannamə” imzalanıb. Boyukmillet.com xəbər verir ki, imzalanma mərasimi Bakı …