Bazar , 8 Fevral 2026
Drone Cameras

Salyan sakini rabitə operatorunun qülləsinə çıxaraq özünü atmaq istəyib

Salyan rayonunda intihara cəhd olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, rayonun Xıdırlı kəndində 1 nəfər mobil rabitə operatorun qülləsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. FHN-nin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Check Also

Bakıda müəlliməsini güllələməkdə təqsirli bilinən şagird həbs olunub

Bakıda müəlliməsini güllələməkdə təqsirli bilinən şagird barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib. Boyukmillet.com-un məlumatına görə, …