Cümə , 13 Mart 2026
Drone Cameras

Nikol Paşinyan Moskvada işgüzar səfərdədir

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya işgüzar səfəri başlayıb.

Boyukmillet.com xəbər verir ki, məlumatı “Aysor” yayıb.

Hökumət başçısı Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin liderlərinin toplantısında iştirak edəcək.

Onun səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşünün olacağı gözlənilir.

Qeyd edək ki, KTMT-yə bu il Ermənistan sədrlik edir.

Check Also

Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla müharibəni qızışdırmaq cəhdində ittiham edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin rəhbərliyini Qarabağ hərəkatını aktuallaşdırmaq cəhdlərində ittiham edib. …