Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Raket hücumuna məruz qalan Azərbaycan Konsulluğu fəaliyyətini bərpa edir

Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu bu gün fəaliyyətini bərpa edəcək.

Boyukmillet.com xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov deyib.

Fəxri konsul bildirib ki, Rusiyanın raket atışları zamanı konsulluğun binasına zərər dəymişdi:

“Biz konsulluqda bir otağı bərpa etmişik və bu gündən fəaliyyətə başlamağa qərar vermişdik. Yaxın 2 saat ərzində Fəxri Konsulluq Xarkov şəhərində fəaliyyətini bərpa edəcək”.

Check Also

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla …