Bazar , 29 Mart 2026
Drone Cameras

İdarə rəisi: “Paşinyan 44 günlük müharibə ilə bağlı istintaqda dindiriləcək”

“Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibənin araşdırılması ilə bağlı başlayan cinayət işi çərçivəsində dindiriləcək”.

Boyukmillet.com xəbər verir ki, bu barədə ölkə İstintaq Komitəsinin Xüsusi işlər üzrə idarənin rəisi Rafel Vardanyan müharibədə itkin düşmüş sayılan hərbçilərin valideynləri ilə görüşdə bildirib.

O, dindirmənin dəqiq tarixini deməyib: “Bu cinayət işi çərçivəsində Ermənistan Baş Prokurorluğunun tapşırığı yerinə yetiriləcək. Sizin İstintaq Komitəsinin başçısı ilə görüşünüz artıq təyin edilib. Həmin görüş zamanı müzakirə olunacaq”.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …