Bazar , 6 Oktyabr 2024
Drone Cameras

Azərbaycanda Miqrasiya üzrə regional təlim mərkəzi yaradılacaq

“Azərbaycanda Miqrasiya üzrə regional təlim mərkəzinin yaradılması nəzərdə tutulur”.

Boyukmillet.com xəbər verir ki, bunu “Report”un yerli bürosuna müsahibəsində ABŞ-da işgüzar səfərdə olan Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov deyib.

Onun sözlərinə görə, layihənin icrasını DMX ilə Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) birlikdə həyata keçirir və Miqrasiya üzrə reginal təlim mərkəzinin gələn ilin sonuna qədər fəaliyyətə başlaması nəzərdə tutulur.

V.Hüseynov əlavə edib ki, layihənin məqsədi Azərbaycan miqrasiya üzrə ixtisaslaşmış təlimlərin, tədrislərin təşkilidir: “Layihənin regional olması nəzərdə tutulur. İlkin olaraq 10-13 dövlət layihədə iştirak etməkdə maraqlı olduğunu bildirib. Layihə çərçivəsində həmin dövlətlərin eskpertlərindən ibarət təlimçilər qrupu yaradılacaq. Həmçinin, qarşılıqlı bilik və təcrübələrin paylaşılması üçün imkanlar mövcud olacaq. Hazırda sözügedən təlim mərkəzində tədris ediləcək fənlərin kurikulumu və məzmunu hazırlanır. Həmçinin mərkəzin hüquqi statusu, regional mərkəz olaraq fəaliyyət formasının müəyyən edilməsi istiqamətində işlər gedir”.

Xidmət rəisi vurğulayıb ki, beynəlxalq layihə IOM tərəfindən maliyyələşir və Azərbaycan əsas tərəfdaşdır: “Bu mərkəzin yaradılması ilə bağlı qarşı tərəfin sorğusuna əsasən reginal dövlətlərin bu prosesdə aktiv iştirakını təşviq etmək məqsədi ilə BMT-də Türkmənistan və Tacikistandan olan nümayəndə heyətləri ilə ikitərəfli görüşlərimiz baş tutdu. ABŞ-a səfərimiz çərçivəsində eyni zamanda BMT-nin Miqrasiya Şəbəkəsinin Katibliyinin rəhbəri ilə də gələcəkdə regional təlim mərkəzi ilə bağlı qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etdik”.

“Qeyd etmək istərdim ki, Azərbaycan miqrasiyanın idarə edilməsi sahəsində ABŞ-da keçirilən Beynəlxalq Miqrasiya İcmalı Forumu çərçivəsində də səsləndirilən yüksək tələblərə cavab verir. Hesab edirəm ki, bu, çox sevindirici və təqdirəlayiq bir haldır. Xüsusilə, koronavirus pandemiyası dövründə həssas vəziyyətdə olan miqrantlara göstərilən xidmətlər, onların normal şəraitdə yaşamalarının təmin edilməsi, çevik idarəetmənin tətbiq edilməsinə dair uğurlu nəticələr əldə olunub və bu sahədə nəticələrimiz müvafiq sənədlərdə də öz əksini tapıb. Biz artıq miqrasiya sahəsində əldə etdiyimiz uğurlu təcrübələri dünya ölkələri ilə paylaşırıq”, – V.Hüseynov əlavə edib.

Check Also

Qəzənfər Əhmədov: Azad edilmiş ərazilərin minalarla çirkləndirilməsi məzar yerlərində qazıntı işlərinə ciddi maneə yaradır

Hazırda azad edilmiş ərazilərin minalarla çirkləndirilməsi məzar yerlərində qazıntı və ekshumasiya işlərini aparmağa ciddi maneə …