Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Azərbaycanda mobil qanunvericilik tətbiqi istifadəyə veriləcək

“Yaxın vaxtlarda Azərbaycanda mobil qanunvericilik tətbiqi istifadəyə veriləcək”.

Boyukmillet.com xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyalar idarəsinin rəisi Ağakərim Səmədzadə “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, bu tətbiq vasitəsilə vətəndaşlar qanunvericilk aktları, qanunlarla və digər sənədlərlə tanış ola biləcəklər.

A.Səmədzadə vurğulayıb ki, doğum və ölümün dəqiq statistikasının aparılması çox vacibdir: “Biz pandemiya dövründə bununla bağlı çətinliklərlə üzləşdik. Nəticədə çox vacib işlər gördük. Hazırda doğum və ölümün statistikasının aparılması ilə bağlı heç bir problem yoxdur. Bu halların dəqiqələr içində uçotu aparılır”.

Check Also

Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdilər

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin …