Bazar , 24 Noyabr 2024
Drone Cameras

“Ermənistan xarici işlər nazirini ilk növbədə insan, sonra isə diplomat olmağa çağırıram…”

“İşğalçı Ermənistanın provokator xarici işlər naziri Zöhrab Mnatsakanyanın ATƏT-in Slovakiyada keçirilmiş qeyri-formal Nazirlər görüşündə çıxışı zamanı “Dağlıq Qarabağ münaqişəsinin insanlara aid olduğunu və orada yaşayanların insan hüquqlarının müdafiə olunması” məsələsini dilə gətirməsi absurdun absurdudur”. Bu barədə açıqlamanı Azadinform-a Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov verib.  

Ə.Hüseynov bildirib ki, Z.Mnasakanyanın haqqında bəhs etdiyi torpaqlar Azərbaycanın işğal olunmuş əraziləridir: “Bütün dünya bilir ki, bu torpaqları Ermənistanın silahlı qüvvələri işğal edib. Nəticədə isə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən erməni vətəndaşlarımız yox, məhz azərbaycanlı vətəndaşlarımız – o torpaqların tarixi sahibləri qaçqına, məcburi köçkünə çevriliblər. Həmin məcburi köçkünlərdən biri də şəxsən mən özüməm”.

DADP sədri onu da vurğulayıb ki, əsl erməni xislətini nümayiş etdirən Z.Mnasakanyanda əgər zərrə qədər də ədalət və insanlıq sifəti varsa, o zaman buyursun ilk növbədə təmsil etdiyi Ermənistanın işğalçılıq siyasətinin ucbatından öz yurd-yuvalarından didərgin düşmüş biz azərbaycanlıların insan hüquqlarından bəhs etsin: “Ermənistanın baş diplomatı cəfəngiyyatla və demaqogiya ilə məşğul olub  ATƏT rəsmilərinin gözlərinə kül üfürməkdənsə, yaxşı olar ki, ATƏT məkanında insan hüquqları və demokratik dəyərlərin qorunması prinsipinə hörmətlə yanaşsın. Mən ermənistanlı naziri ilk növbədə insan, sonra isə diplomat olmağa çağırıram!”
 

Bu barədə açıqlamanı Azadinform-a Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov verib.  

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …