“28 May – Müstəqillik günü ərəfisində Prezdient İlham Əliyev tərəfindən 68-ci əfv sərəncamı imzalanıb”.
Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili – Ombusdman Səbinə Əliyeva deyib.
O bildirib ki, sərəncam 213 nəfərə şamil olunub, 1 nəfər ömürlük məhkum cəzadan azad olunub:
“Burada məhkumların ailə vəziyyəti, səhhətləri və s. məsələr nəzərə alınıb. Mən də İnsan Hüquqları üzrə Müvəkkil olaraq Prezident İlham Əliyevə 31 nəfərlə bağlı müraciət etmişəm. Müraciətlər müsbət olub, sərəncam həmin 31 nəfərə də şamil olunub. Bu səbəbdən İlham Əliyevə və Mehriban xanıma təşəkkür edirəm”.