“Azərbaycanın zəfərlərinin əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət dayanır. Bu gün bütün diplomatlar Azərbaycanın milli maraqlarının keşiyindədir”.
Boyukmillet.com- un xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Heydər Əliyev Mərkəzində Bakı Dövlət Universitetinin (BDU) nəşr etdiyi iki cildlik “Azərbaycan Respublikasının tarixi (1991-2021-ci illər)“ kitabının təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, Azərbaycan 30 il ərzində regional və beynəlxalq təşkilatlarda aktiv fəaliyyət göstərir: “Bu gün Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edən və dünyada söz sahibi olan bir dövlətdir. Bu gün Azərbaycan donor dövlətinə çevrilən bir diyardır”.