Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Çanaxçı-Zivlən yolunda avtonəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub

Daşkəsən rayonu ərazisində güclü leysan yağışları və sel suları nəticəsində Çanaxçı-Zivlən avtomobil yolunun bəzi hissələrinə tökülən qaya parçaları və palçıq kütləsinin təmizlənməsi işləri yekunlaşıb.

Hazırda sözügedən avtomobil yolunun təqribən 5-ci km-də yerləşən metal konstruksiyalı körpünün sel suları nəticəsində yuyulmuş yanaşma yolunun bərpası istiqamətində işlərə başlanılıb.

Xatırladaq ki, Daşkəsən rayonunda təbii fəlakət nəticəsində Çanaxçı-Alaxançallı və Çanaxçı-Zivlən yollarına ziyan dəymiş, bir çox ərazilərdə dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yoluna töküldüyündən həmin ərazilərdə nəqliyyatın hərəkəti tam dayanmışdı.

Dərhal təbii fəlakətin yaşandığı əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olundu.

“Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində Çanaxçı-Alaxançallı avtomobil yolunda dağlardan gələrək yolun hərəkət hissəsinə tökülən iri qaya parçaları və palçıq kütləsinin təmizlənərək rayon mərkəzindən Alaxançallı kəndi istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti tam bərpa olundu”, – AAYDA-dan bildirilib.

Check Also

AYNA: Daha 34 daşıyıcıya 62 xidmət üzrə fərqlənmə nişanları verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha bir neçə taksi …