Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Baş Prokurorluq növbəti regional konfransı Şəkidə təşkil edir

Baş Prokurorluq növbəti regional konfransı Şəkidə təşkil edir.

Boyukmillet.com xəbər verir ki, Baş Prokurorluq Mingəçevir şəhər, Ağdaş, Balakən, Oğuz, Qəbələ, Qax, Şəki, Yevlax və Zaqatala rayon və hərbi prokurorluqlarının media ilə işləməyə məsul əməkdaşlarının iştirakı ilə iyunun 17-də konfrans təşkil edəcək.

“Hüquqi dövlət quruculuğu və müstəqil Azərbaycan mediasının inkişafında Heydər Əliyev irsi” adlı işgüzar konfransda digər dövlət və media qurumları, qeyri-hökumət təşkilatları, təhsil müəssisələrinin nümayəndələri iştirak edəcək.
Şəki şəhərində yerləşən mötəbər məkanların birində təşkil olunacaq konfransda Baş Prokurorluğun idarə rəislərindən birinin iştirakı da gözlənilir.

Xatırladaq ki, bundan əvvəl Baş Prokurorluq tərəfindən regional konfranslar Gəncə, Lənkəran və Gədəbəy şəhərlərində təşkil edilib.

Check Also

İcra başçısının sabiq müavini və iki nəfərin həbs müddətinin uzadılması üçün məhkəməyə təqdimat daxil olub

Qaradağ rayonunun icra başçısının sabiq müavini Nadir Muradov, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev …