Cümə axşamı , 26 Fevral 2026
Drone Cameras

Rusiyanın əməkdar artisti teatr səhnəsində dünyasını dəyişib

Rusiyanın əməkdar artisti Boris Lifanov Tver akademik dram teatrının səhnəsində oynadığı tamaşadan dərhal sonra dünyasını dəyişib. Bu barədə “Report” gazeta.ru saytına istinadən xəbər verir.

“Boris Lifanov “Səkkiz sevən qadın” tamaşası bitdikdən sonra tamaşaçılara təzimdən sonra teatr səhnəsində vəfat edib”, – teatrın yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, Boris Lifanov Tver dram teatrına 1983-cü ildə gəlib və həyatının 30 ilini həmin teatra həsr edib. Onun obrazları içərisində Çexovun “Çayka” əsərində Triqorin, Rıbakovun “Arbat uşaqları”nda Saşa Pankratov, Ostrovskinin “Qurdlar və qoyunlar”ında Berkutov rolunu və digər çoxsaylı məşhur rollar yer alıb.

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir