Çərşənbə axşamı , 8 Oktyabr 2024
Drone Cameras

Rusiyameyilli İqor Dodon Moldova prezidenti seçilib

Moldovada keçirilən prezident seçkilərinin ikinci turunda Rusiyameyilli Moldova Respublikasının Sosialist Partiyasının (MRSP) lideri İqor Dodon qalib gəlib.
“Report” xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, o, bülletenlərin 98%-nin hesablanmasından sonra, səslərin 54,4%-ni toplayıb.
Dodonun rəqibi – Avropayönlü müxalifətdən olan yeganə namizəd – Fəaliyyət və Həmrəylik Partiyasının rəhbəri Mayya Sandu seçicilərin 45,5 %-nin dəstəyini qazanıb.
Qalan bülletenlərin (2%) hesablanması vəziyyəti dəyişə bilməz. Çünki hazırda namizədlər arasında fərq 140 mindən çoxdur, hesablanmamış bülletenlərin sayı isə 100-dən azdır.

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir