Çərşənbə , 29 Mart 2023

Gülağa Aslanlı: “Bu, o demək deyil ki, həmin partiyalar birləşirlər”

 Müsavat Partiyası, Real Hərəkatı, Nida Vətəndaş Hərəkatı, D18 Hərəkatı funksional əməkdaşlığın edilməsi ilə bağlı danışıqlar aparırlar.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı “Report”a açıqlamasında deyib ki, partiya üç təşkilatla bu istiqamətdə danışıqları davam etdirir.

G.Aslanlının sözlərinə görə, danışıqların indiki vəziyyəti ümidvericidir və funksional əməkdaşlıqla bağlı sənəd imzalana bilər.

Müsavat funksioneri vurğulayıb ki, bəzi siyasətçilər yanlış olaraq funksional əməkdaşlığı birlik kimi qələmə verirlər: “Əslində belə deyil. Funksional əməkdaşlıq edən partiyalar birgə mitinq keçirə bilərlər. Bu, o demək deyil ki, həmin partiyalar birləşirlər. Bəzi siyasətçilər funksional əməkdaşlıq məsələsi müzakirə olunan zaman narazılıq edirlər. Bu da gərəksiz gedişlərdir”.

Check Also

Keçmiş Mədəniyyət naziri Anar Kərimovun kadrı Səxavət…

Ağdaş Regional Mədəniyyət idarəsi Ağdaş, Ucar, Göyçay, Zərdab rayonlarındakı mədəniyyət obyektlərinə nəzarəti həyata keçirtməli olan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir