Cümə , 2 May 2025
Drone Cameras

ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb

İyunun 19-da saat 11 radələrində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1992-ci il təvəllüdlü Əli Şükürov Cəbrayıl rayonunun Xudafərin kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli xəsarətlər alıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

Check Also

Ermənistanda vəkil müştərisinin polis əməkdaşları tərəfindən döyülməsi faktı ilə bağlı Baş Prokurorluğa müraciət edib

Ermənistanda vəkil Ara Qaragözyan müdafiə etdiyi şəxsin Armavirdə polis əməkdaşları tərəfindən döyüldüyünü bildirib. Boyukmillet.com xəbər verir …