Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

Türkiyə Prezidenti: “Balanslı siyasətimizi bundan sonra da davam etdirəcəyik”

“Biz balanslı siyasət yeritməyin tərəfdarıyıq. Balanslı siyasətimizi bundan sonra da davam etdirəcəyik”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezienti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

“İndi bizim Rusiya ilə əlaqələrimiz var. Bu gün bizim istifadə etdiyimiz təbii qazın, təxminən, 40 faizi Rusiyadan gəlir. Digər tərəfdən, nüvə enerjisi ilə bağlı işlər görülür. Həmçinin bizim müdafiə sənayəsi ilə bağlı da təmaslarımız var. Bu mövzular bizi yaxınlaşdırır. Yəni biz həm Rusiya, həm də Ukrayna ilə təmaslarımızı davam etdirəcək və balanslı siyasət yeridəcəyik. İstəyirik ki, xarici siyasətimiz bundan sonra da ziyan görməsin”, – o söyləyib.

Check Also

ABŞ səfiri müəyyən müddət üçün Rusiyanı tərk edib

ABŞ-nin Moskvadakı səfiri Lin Treysi müəyyən müddət üçün Rusiyanı tərk edib. Boyukmillet.com xəbər verir ki, …