Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ceyhun Bayramov AQEM-in icraçı direktoru ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) icraçı direktoru Kayrat Sarıbay ilə görüşüb.

Bu barədə  XİN-dən məlumat verilib.

C.Bayramov Azərbaycanın AQEM çərçivəsində əməkdaşlığa əhəmiyyət verdiyini söyləyib. Nazir, hazırkı dövrdə regional əməkdaşlıq formatlarının əhəmiyyətinin ön plana çıxdığını söyləyib. Bu xüsusda, Azərbaycanın da iştirakı ilə həyata keçirilən üçtərəfli əməkdaşlıq formatları, o cümlədən bu yaxınlarda Bakıda keçirilən Azərbaycan-Qazaxıstan-Türkiyə xarici işlər və nəqliyyat nazirlərinin konfransı qeyd edilib. Nəqliyyat bağlantı mövzusunun, eləcə də Şərq-Qərb Orta Dəhlizin inkişafının önəm kəsb etdiyi vurğulanıb.

K.Sarıbay Azərbaycana səfər proqramının kifayət qədər maraqlı olduğunu, o cümlədən aidiyyəti qurumlarla keçirilən görüşlərinin AQEM üçün əhəmiyyət kəsb edən mövzular üzrə ətraflı məlumatın əldə ediıməsi baxımından faydalı olduğunu ifadə edib. O, Azərbaycanın AQEM çərçivəsində hər zaman fəal iştirak etdiyini məmnunluqla qeyd edib. Nəqliyyat bağlantı mövzusunun AQEM üçün hazırda ən aktual məsələlərdən biri olduğunu söyləyən K.Sarıbay, bu xüsusda, Azərbaycanın konstruktiv mövqeyi ilə seçildiyini vurğulayıb.

Görüşdə tərəflər AQEM-in transformasiyası, qurumun fəaliyyətinin birgə maraq doğuran və aktual məsələlər üzrə istiqamətlənməsi, qarşıdan gələn Zirvə görüşünə hazırlıq, habelə regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …