Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Türkiyənin sabiq xarici işlər naziri vəfat edib

Türkiyənin keçmiş xarici işlər naziri İlter Türkmen vəfat edib.

Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-dən bildirilib.

Qeyd edək ki, İ.Türkmen 1927-ci ildə İstanbulda anadan olub. O, 1949-1991-ci illərdə müxtəlif vəzifələrdə çalışıb. 1980-ci ildə Saim Bülend Ulusunun dövründə xarici işlər naziri vəzifəsində çalışıb. 1983-cü ildə Türkiyənin BMT-nin Cenevrədəki, 1985-ci ildə Nyu-Yorkdakı ofisində daimi nümayəndəsi olub. Yunanıstan, keçmiş SSRİ, Fransa və s. ölkələrdə səfir kimi fəaliyyət göstərib. Eyni zamanda 1991-1996-cı illərdə BMT Baş katibinin müavini vəzifəsində çalışıb.

Check Also

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla …