Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Ərdoğan Rəisi ilə altılıq platformasını müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfər proqramı açıqlanıb.

Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə lideri İran Prezidenti İbrahim Rəisi ilə görüşəcək.

Görüşdə bir çox məsələlərlə yanaşı, Cənubi Qafqazdakı durum da müzakirə olunacaq.

Liderlərin altılıq platforması (Azərbaycan, Türkiyə, İran, Rusiya, Gürcüstan və Ermənistanın əməkdaşlığı üçün təklif olunan format) barədə fikir mübadiləsi aparacaqları da gözlənilir.

Bundan başqa, R.T.Ərdoğan və İ.Rəisi Suriyadakı durumu, Rusiya ilə Ukrayna arasında davam edən müharibəni və digər məsələləri müzakirə edəcəklər.

Qeyd edək ki, R.T.Ərdoğan iyulun 19-da İrana işgüzar səfər edəcək.

Check Also

Putin oktyabrda Kazanda Ərdoğanla görüşməyi planlaşdırır

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı oktyabrda Kazanda keçiriləcək BRİCS sammitində gözlədiyini …