Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Rusiya Ukrayna şəhərini “İsgəndər” raketi ilə vurub

Rusiya Silahlı Qüvvələri “İsgəndər” tipli raketlə Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərinə zərbə endirib.

Boyukmillet.com UNIAN-a istinadən xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyasının başçısı Pavel Kirilenko bildirib.

Onun sözlərinə görə, raket zərbələri nəticəsində bir nəfər həlak olub, 6 nəfər yaralanıb:

“Bu zərbə şəhərin mərkəzinə endirilib. Əvvəlcə bu, aviasiya bombasına bənzəsə də, mütəxəssislər bunun “İsgəndər” tipli raket olduğunu bildiriblər”.

Check Also

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla …