Şənbə , 28 Mart 2026
Drone Cameras

Salyanda iki yük maşını toqquşub, xəsarət alanlar var

Salyan rayonunda iki yük maşınları toqquşub, xəsarət alanlar var.

Boyukmillet.com xəbər verir ki, hadisə yeni Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük maşını qarşıda hərəkət edən digər “KamAZ”ın arxa hissəsinə çırpılıb. Nəticədə Masallı rayon sakinləri – 1995-ci il təvəllüdlü Ağayev Fuad Bəybəla oğlu və 1996-cı il təvəllüdlü Rəhimov Sədail Firdovsi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Check Also

DGK: “Kahı” yükünün içərisində külli miqdarda marixuana aşkar edilib

Dövlət Gömrük Komitəsi (DGK) “kahı, kərəviz və gül kələm” yükü daşıyan nəqliyyat vasitəsində 56 kiloqramdan artıq marixuana …