Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Azərbaycanda meymunçiçəyi qeydə alınmayıb – RƏSMİ

“Ölkədə epidemioloji vəziyyəti nəzarət altında saxlamaqla meymunçiçəyi virusu ilə mübarizə aparmaq mümkündür”.

Boyukmillet.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, xəstəlik hələ geniş yayılmayıb.

O qeyd edib ki, bu gün üçün Azərbaycanda bu virus qeydə alınmayıb: “Lakin bu, o demək deyil ki, olmayacaq. Nəzərə almaq lazımdır ki, xəstəliklə mübarizə aparmaq üçün ölkədə kifayət qədər qabaqcıl tədbirlər görülüb”.

Check Also

Bu ilin ilk altı ayında Azərbaycanda hepatit B və C diaqnozu ilə 28 nəfər qeydiyyata alınıb – RƏSMİ

Azərbaycanda 2026-cı ilin yanvar–iyun aylarında hepatit B və C diaqnozu ilə hər birinə ayrı-ayrılıqda 14 …