Bazar , 6 Oktyabr 2024
Drone Cameras

Dünya çempionatında iştirak edəcək Azərbaycanın sərbəst güləşçiləri bilinib

İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı davam edir.

Boyukmillet.com xəbər verir ki, mundialın son 3 günündə sərbəst güləşçilər mübarizə aparacaq.

Azərbaycan millisi bu gün İtaliyaya yollanıb. Səfər ərəfəsində Azərbaycan Güləş Federasiyasının rəsmiləri yığma üzvləriylə görüşüb. İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev, baş katibin müavini Orxan Məmmədov, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Elçin Cəfərov və Olimpiya çempionu Toğrul Əsgərov komandaya Romada Avropa çempionatında olduğu kimi, uğurlu nəticə qazanmağı arzulayıb.

DÇ-də böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Yaşar Əliyevin rəhbərliyi altında Bəşir Verdiyev (45 kq), Vasif Bağırov (48 kq), Elman Ağayev (51 kq), Camal Abbasov (55 kq), Ağa Qasımov (60 kq), İlyas İsayev (65 kq), Ağanəzər Novruzov (71 kq), Şəmistan Axundov (80 kq), Rəvan Musayev (92 kq) və Yusif Dursunov (110 kq) mübarizə aparacaq.

Check Also

Azərbaycanı İspaniyada keçiriləcək yarışda təmsil edəcək triatlonçular müəyyənləşib

Azərbaycanı İspaniyanın Barselona şəhərində keçiriləcək “Ironman” məsafəsi üzrə beynəlxalq yarışda təmsil edəcək triatlonçular müəyyənləşib. Boyukmillet.com …