Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Azərbaycan lideri: “Bu oyunların Türkiyədə keçirilməsi bizim üçün əlavə imkanlar yaradır”

“Bu dəfə bu oyunlar Bakıdan sonra Konyada keçirilir. Qardaş ölkədə keçirilir”.

Boyukmillet.com-un xəbərinə görə, bu fikirləri Prezident İlham Əliyev avqustun 9-da Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edən idmançılarla görüşdə deyib.

“Əminəm ki, siz özünüzü burada evinizdəki kimi hiss edirsiniz. Əlbəttə ki, Türkiyədə bu oyunların keçirilməsi bizim üçün əlavə imkanlar yaradır. Biz çox şadıq ki, bu oyunlar qardaş Türkiyədə keçirilir. Əminəm ki, bu oyunlar həm idman bayramı, həm İslam həmrəyliyi bayramı kimi yadda qalacaq”, – Prezident vurğulayıb.

Check Also

Ermənistana Rusiya taxılı daşıyan yük qatarı Biləcəridən yola düşdü

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 5 vaqondan ibarət yük qatarı “Azərbaycan Dəmir Yolları” …