Bazar , 15 Noyabr 2026
Drone Cameras

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinə start veriləcək

UEFA Avropa Liqasında bu gün pley-off mərhələsinə start veriləcək.

Boyukmillet.com xəbər verir ki, 10 oyunun hamısı eyni gündə olacaq.

Türkiyənin turnirdəki təmsilçilərindən “Sivasspor” İsveçrədə “Malmö”nün, “Fənərbağça” isə Avstriyada “Austriya” (Vyana) komandasının qonağı olacaq.

“Qarabağ”ın UEFA Çempionlar Liqasında mübarizədən kənarlaşdırdığı “Sürix” İsveçrədə “Harts”ı, “Ferentsvaroş” isə Macarıstanda İrlandiyanın “Şemrok Rovers” klubunu qəbul edəcək.

UEFA Avropa Liqası
pley-off mərhələsi, ilk oyunlar
18 avqust

20:00. HİK (Finlandiya) – “Silkeborq” (Danimarka)
20:30. “Ferentsvaroş” – “Şemrok Rovers” (İrlandiya)
21:00. “Sürix” (İsveçrə) – “Harts” (Şotlandiya)
21:00. “Malmö” (İsveç) – “Sivasspor” (Türkiyə)
21:00. “Apollon” (Kipr) – “Olimpiakos” (Yunanıstan)
21:00. “Pünik” (Ermənistan) – “Şerif” (Moldova)
21:45. “Lüdoqorets” (Bolqarıstan) – “Jalgiris” (Litva)
22:00. “Dnepr-1” (Ukrayna) – AEK (Larnaka, Kipr)
22:30. Gent (Belçika) – Omoniya (Kipr)
23:00. “Austriya” (Vyana, Avstriya) – “Fənərbağça” (Türkiyə)

Qeyd edək ki, cavab qarşılaşmaları avqustun 25-də olacaq.

Check Also

Xankəndi stadionunda təmirdən sonra ilk rəsmi oyun

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur. Peşəkar Futbol Liqasından verilən …