Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Rusiya Hökumətinin sədri: “Azərbaycanla ikitərəfli əlaqələr inkişaf edir”

“Bu gün Rusiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələr inkişaf edir, Azərbaycanla çox yaxşı münasibətlərimiz var”.

Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla görüşü zamanı deyib.

Onun sözlərinə görə, bu ilin altı ayında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 1,6 milyard ABŞ dollarına çatıb.

“Önəmli olan odur ki, ötən il ticarət dövriyyəmiz ciddi həcmə – 3,3 milyard dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə 16 faiz çoxdur, bu altı ayda isə 1,6 milyard dollara çatıb”.

Mişustin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının məhsuldar fəaliyyətini də xatırladıb. O, həmkarına əməkdaşlığa görə təşəkkür edib.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …