“Azərbaycanda bu ay baş vermiş yanğınların tədbiq edilməsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) böyük rol oldu.
Boyukmillet.com xəbər verir ki, bunu nazir müavini Rövşən Rüstəmov bildirib.
“Kosmik monitorinqlər nəticəsində həm miqyası qiymətləndirmək, həm də gedişatı proqnozlaşdırmaq mümkün oldu”, – deyə o, qeyd edib.
Nazir müavininin sözlərinə görə, Avropada da son 15 ilin rekord meşə yanğınları qeydə alınıb və təxminən 700 min hektar meşə ərazisi yanıb: “Azərbaycanda isə 5 300 hektar ərazidə yanğın olub ki, onun da 1 600 hektarı meşə ərazisi olub”.