Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Türkiyədə miqrantları daşıyan mikroavtobus qəzaya uğrayıb, ölən və yaralananlar var

Türkiyədə ağır yol qəzası olub.

Boyukmillet.com xəbər verir ki, hadisə Van vilayətində qeydı alınıb. Gevaş rayonunda qanunsuz miqrantları daşıyan mikroavtobusun minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfər ölüb, daha 13 nəfər yaralanıb.

Mikroavtobusun sürücüsü qəzadan sonra hadisə yerindən qaçıb. Onun saxlanılması üçün əməliyyat tədbirlərinə başlanılıb.

Hadisə yerinə təcili yardım, polis əməkdaşları və xilasedicilər cəlb edilib. Yaralılar xəstəxanalara çatdırılıb.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …