Bazar , 29 Sentyabr 2024
Drone Cameras

“General Polad Həşimov gəmisi” Ukraynadan günəbaxan yağı daşıyacaq

“General Polad Həşimov gəmisi” Ukraynadan günəbaxan yağı daşıyacaq

Boyukmillet.com-un xarici mətbuata istinadən xəbərinə görə, bu barədə İstanbuldakı Birgə Koordinasiya Mərkəzinin məlumatında deyilir.

Məlumata görə, Mərkəz Ukrayna limanlarından ərzaq daşıyan iki gəminin yola salınmasına icazə verib.

“Birgə Koordinasiya Mərkəzi bu gün (dünən-red) 14 250 ton taxıl və digər ərzaq yükü olan iki gəminin yola salınmasına icazə verib. Sentyabrın 4-də “Mrc Lina” gəmisi Yujnı limanından Türkiyənin Mersin şəhər limanına 7,8 min ton günəbaxan yağı ilə yola düşəcək. Çernomorskdan “General Polad Həşimov” gəmisi 6,45 min ton günəbaxan yağı ilə Mersinə gedəcək”, – xəbərdə deyilir.

Bundan başqa, sentyabrın 4-də hava şəraiti ilə əlaqədar hərəkəti ləngimiş Ukrayna limanlarından taxıl, qarğıdalı, noxud və digər ərzaq məhsulları daşıyan 10 yük gəmisi yola düşəcək. Gəmilər Çin, İspaniya, Hindistan, Misir, Niderland, Türkiyə, İtaliya və Yunanıstan limanlarına yollanacaq.

Mərkəzin məlumatına görə, Qara dəniz təşəbbüsü zamanı taxıl və ümumilikdə ərzaq ixracı üçün 1,8 milyon tondan çox yük daşınıb. 167 uçuş həyata keçirilib.

Bundan əlavə, Mərkəz səkkiz gəmiyə baxış keçirib. 12 yük gəmisinin yoxlanılması sentyabrın 4-nə nəzərdə tutulub.

Check Also

Zakir Quliyev: “Azərbaycanda su ehtiyatları 2070-2100-cü illərdə 30-35 % azalacaq”

Proqnoza əsasən, Azərbaycanda su ehtiyatlarının 2020-2050-ci illərdə 20-25 %, 2070-2100-cü illərdə isə 30-35 % azalması gözlənilir. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan …