Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Azərbaycanda siyasi partiyaların təsis edilməsi üçün yeni qayda müəyyənləşib

Azərbaycanda siyasi partiyaların təsis edilməsi üçün yeni qayda müəyyənləşib.

Boyukmillet.com xəbər verir ki, bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ilkin variantında özəksini tapıb.

Qeyd olunub ki, siyasi partiya Azərbaycan ərazisində son 20 il daimi yaşayan, Azərbaycanın tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilir.

Siyasi partiyanın təsis edilməsi məqsədilə təsisçilər təsis yığıncağını keçirəcəklər. Təsisçilərin siyasi partiyanın təsis yığıncağında nümayəndə vasitəsilə iştirakına yol verilməyəcək.

Təsis yığıncağında siyasi partiyanın nizamnaməsi və proqramı qəbul olunacaq, təmsilçilik məqsədilə təsisçilər sırasından səlahiyyətli şəxs müəyyən ediləcək. Siyasi partiyanın nizamnaməsində və proqramında çatışmazlıqlar aşkarlanarsa, təsis yığıncağında həmin sənədlərdə müvafiq dəyişikliklər ediləcək.

Siyasi partiyanın təsis yığıncağının nəticələri protokolla rəsmiləşdiriləcək. Təsis yığıncağının protokolunda, o cümlədən təsisçilərin və səlahiyyətli şəxsin adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı və əlaqə telefon nömrəsi göstəriləcək.

Təsis yığıncağının keçirildiyi tarixdən 30 gün müddətində siyasi partiyanın səlahiyyətli şəxsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ərizə ilə müraciət edərək təsis yığıncağının protokolunu, partiyanın nizamnaməsini və proqramını təqdim edəcək. Ərizə siyasi partiyanın səlahiyyətli şəxsi və digər təsisçilər tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənəcək.

Qeyd edək ki, yeni qanun layihəsinin ilkin variantı ilə bağlı Milli Məclisdə ictimai dinləmə keçiriləcək.

Check Also

Əlaqələndirmə Qərargahının növbəti iclası Kəlbəcərdə keçirilib

Azərbaycan Prezident Administrasiyasının və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı …