Cümə , 22 Noyabr 2024
Drone Cameras

Türkiyə Prezidenti: “Terror təşkilatlarının təhlükəsizliyimizə təhdid yaratmasına icazə verə bilmərik”

“Məlumdur ki, Suriyada terror təşkilatları mövcuddur. Bu təşkilatların bizim təhlükəsizliyimizə təhdid yaratmasına icazə verə bilmərik”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balkan ölkələrindən qayıdarkən jurnalistlərə müsahibəsində deyib.

Türkiyə lideri bu istiqamətdə lazım olan hər şeyin həyata keçirildiyini və bundan sonra da bunun davam edəcəyini bildirib: “Terror təşkilatları “Biz gecə qəfil gələ bilərik” sözlərimizlə nə dediyimizi anlayırlar. Onlar bizim nə demək istədiyimizi sərhəddən kənardakı əməliyyatlarımız nəticəsində başa düşürlər. Şəhidlərimiz olub, amma şəhidlərimizin qarşılığı çox ağır olur”.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …