Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Ermənistan müxalifətçiləri parlamentə xidməti girişdən daxil olublar

Ermənistan müxalifətçi deputatları parlamentin binasına xidməti girişdən daxil olublar.

Bu barədə Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir.

“Şərəf duyuram” fraksiyasının rəhbəri Hayk Mamicanyan bildirib ki, onlar orada hakim fraksiya nümayəndələrini gözləmək niyyətindədirlər. Deputat etirazçıları xidməti girişə yaxınlaşmamağa çağırıb.

“Çox vacib bir məqam yetişib. Onlar (hakim fraksiyadan olan deputatlar – red.) gəlib öz işləri ilə məşğul olmalıdırlar”, – Mamicanyan deyib.

Öz növbəsində müxalifətin “Hayastan” fraksiyasından olan deputat İşxan Saqatelyan da bu anı taleyüklü adlandırıb.

“35 deputat (müxalifətdən – red.) sənədi imzalamağa və impiçment prosesinə başlamağa hazırdır, lakin “Vətəndaş razılaşması” fraksiyasının nümayəndələrinin də 18 imzası lazımdır”, – Saqatelyan bildirib.

O, hakim fraksiya nümayəndələrini Ermənistanın baş naziri Nikol Paşinyana etimadsızlıq elan edilməsi prosesinə qoşulmağa çağırıb və əks təqdirdə onların ev ünvanlarını elan edəcəyini söz verib.

Check Also

Putin oktyabrda Kazanda Ərdoğanla görüşməyi planlaşdırır

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı oktyabrda Kazanda keçiriləcək BRİCS sammitində gözlədiyini …