Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ağ ev: “Putinin nüvə təhdidlərinə ciddi yanaşırıq”

Rəsmi Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin nüvə silahından mümkün istifadə ilə bağlı dediklərini ciddi qəbul edir.

Boyukmillet.com xəbər verir ki, bunu Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABC telekanalında deyib.

“Biz bunu ciddi qəbul edirik. Ehtiyac yaranarsa, biz onların strateji konfiqurasiyasını izləyərik”, – o bildirib.

Xatırladaq ki, daha öncə Rusiya Prezidenti Vladimir Putin Qərbə qarşı nüvə silahını tətbiq edə biləcəyinə işarə etmişdi.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …