Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Azərbaycan bəşəriyyətə dühalar bəxş etmiş məmləkətdir

Hər zaman dünyaya səs salan, öyündüyümüz oğul-qızlarımız olub. Tarix, zaman millətimizə Heydər Əliyev kimi dahi də qazandırıb. Təkcə Azərbaycana deyil, dünyaya qazandırıb.

Taleyinə Xalqının, Vətəninin xilaskarlıq missiyası düşmüş fenomen şəxsiyyətin dəmir iradəsi, siyasi uzaqgörənliyi və onun layiqli yadigarı, siyasi
kursunun davamçısı İlham Heydər oğlu Əliyevin əzmikarlığı sayəsində biz indi dünyada sözümüz, imzamız olan Dövlət, Millətik. Ümummilli Lider Heydər Əliyevin məktəbinin iki məzunu− İlham Əliyev və Mehriban Əliyevanın fədakarlığı müasir
Azərbaycanı dünyanın dörd bir yanında ucaldıb.

“Dəmir Yumruq”la həm hərb, həm də siyasət meydanında düşmənlərimiz darmadağın edilib.
Heydər Əliyevin ideyaları yolunda çalışan bir şəxs də var. Bu şəxs hazırda Azərbaycan Respublikası Baş Prokurorluğunda idarə prokuroru olaraq çalışan Məmməd Ağalar oğlu Əliyevdir. Məmməd müəllimin Ulu Öndərə inamı o qədər
böyük olub ki, 1993-cü il fevralın 24-də, hələ Heydər Əliyevin hakimiyyətdə
olmadığı, keşməkeşli, təlatümlü çağlarda sadiqlik nümunəsi göstərərək dünyaya
gəlmiş oğul övladına Heydər adı qoymuş, Ümummilli Liderin 70 illiyi ilə bağlı “Səs”
qəzetində bu barədə “Hər iki Heydər yüz yaşasın!” sərlövhəli tarixi məqalə ilə çıxış
etmişdir. 12may 1993-cü ildə bu məqalə, övladına dahi Heydər Əliyevin adını
verməsi hadisəsi Məmməd Əliyevi o vaxtkı üzdəniraq hakimiyyətin qəzəbinə tuş
edir. Hakim irticaçı rejimin cəza dəstələri onu hər yerdə izləyərək təzyiqlər edir,
oğlunun adını dəyişdirməyi, “Səs” qəzetindəki məqalə ilə bağlı mətbuatda təkzib
verməyi tələb edirdilər.

Lakin Məmməd Əliyev sözündən, əməlindən dönmür,
Heydər Əliyevə sadiq qalır. Nəticədə həmin illərdəki hakim qrup daha real
addımlara əl atır. Məmməd Əliyev izlənərək 1993-cü il iyun ayının 9-da Yeni
Azərbaycan Partiyasının qərargahının qarşısında silahlı şəxslər tərəfindən maşına
otuzdurularaq “Çinar” restoranı istiqamətinə aparılır, orada “Səs” qəzetində
yazdığı məlum məqaləni ona zorla yedizdirmək istəyirlər. Hirsləri soyumadıqda
“Bakı Zooloji Parkı”na aparıb Məmməd müəllimi orada canavarla bir qəfəsə salıb
vəhşi heyvanla üz-üzə qoyurlar.

Həmin gün Məmməd Əliyev çox sayda bədən
xəsarəti alır, lakin yenə də sözündən dönmür.
Məmməd müəllim bildirir ki, o dövrdə “Azərneftyağ” zavodunda direktor,
AFFA-da prezident işləmiş mərhum Ramiz Mirzəyev bu qəzeti də götürərək
Naxçıvanda Heydər Əliyevin ziyarətinə gedir. Orada məqaləni Ulu Öndərə göstərir.
Heydər Əliyev deyir: “Mən həmişə inanmışam, Azərbaycanda məni
peyğəmbərləşdirən ailələr var, olacaq. Mənim adımdan Məmməd kişinin əlini
sıxarsan və deyərsən ki, o uşağın toyuna mütləq gələcəyəm”.

İndi həmin an gəlib çatıb. Heydər Məmməd oğlu Əliyev boya-başa çatıb,
layiqli bir Azərbaycan gənci kimi cəmiyyətdə savadı, müsbət əməlləri, davranışı ilə
fərqlənməyi bacarır. Artıq onun ailə həyatına başlamasına sayılı günlər qalır.
Oktyabrın 2-si Heydərin toy günüdür.
Məmməd müəllim Ümummilli Lider Heydər Əliyevin sözünü daim yaddaşında
bir tapşırıq kimi saxlayaraq övladının bu xoş gününə Heydər Əliyev yadigarı olaraq cənab Prezident, görkəmli sərkərdə İlham Əliyevi, Birinci Vitse-Prezident, Heydər
Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevanı və ailə üzvlərindən olan
Leyla Əliyevani bu toyda görmək arzusundadir.
Heydər Məmməd oğlu Əliyev “Rusiya-Azərbaycan Gənclər Təşkilatı”nda,
Leyla xanım Əliyeva ilə görüşmüş, Moskva şəhərində onun təhsilinə isə “Aydın
Qurbanov” fondu yaxından dəstək vermişdir. Heydər Məmməd oğlu Əliyev
hazırda Rusiyada yaşayır.

Bu böyük adin şərəfinə Azərbaycan Respublikasının Baş Prokrorluğuna, cənab
Prezidentimiz İlham Əliyevin zəmanət məktubu ilə təyin olunmuş, böyük
ziyalımiz Məmməd Əliyev oğlu Heydər Əliyevin arzularını nəzərə alıb, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevi, Dövlətimizin Birinci Xanımı, Birinci
vitse-prezident Mehriban Əliyevanı, hörmətli Leyla xanım Əliyevani bu möhtəşəm
toy məclisinə dəvət edərək, dəvətnamələri Prezident Administrasiyasında məsul
şəxslərə təqdim ediblər.

Məmməd Əliyev güc strukturlarında çalışan dövlət qulluqçularının da bu
məclisdə iştirakını nəzərə alaraq, bu strukturların rəhbərlərinə, dövlət və hökumət rəsmilərinə Heydər Əliyevin adını daşıyan oğlu Heydərin toyuna dəvət etmək üçün dəvətnamələr ünvanlamışdır.
Biz inaniriq k, bu toyun xoşbəxt xatirələri yadaşlarda qalacaq.

Sima Babayeva

Check Also

Əlaqələndirmə Qərargahının növbəti iclası Kəlbəcərdə keçirilib

Azərbaycan Prezident Administrasiyasının və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı …