Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Sahibə Qafarova Türkiyəyə başsağlığı verib

Azərbaycan Milli Məclisinin spikeri Sahibə Qafarova Türkiyəyə başsağlığı verib.

Boyukmillet.com xəbər verir ki, o, bu barədə tviterdə yazıb.

“Qardaş Türkiyənin Bartın şəhərindəki mədəndə partlayışda həlak olanlara Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyirik. Partlayışda yaralananların tezliklə sağalmasını, dağıntılar altında qalmış insanların xilas olmasını arzulayırıq! Başın sağ olsun, Türkiyə”, – paylaşımda bildirilib.

Xatırladaq ki, bu gecə Türkiyənin Bartın şəhərindəki mədəndə partlayış baş verib. Hadisə nəticəsində 28 nəfər ölüb, 11 yaralının isə müalicəsi davam edir.

Check Also

Gələn həftə Milli Məclisdə Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin müzakirələri başlayacaq

Milli Məclisdə noyabrın 18-də Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi zərfinin müzakirələri başlayacaq. “Report”a məlumatı …