Şənbə , 3 May 2025
Drone Cameras

Azərbaycan MN: “Ermənistan sərhədə əlavə şəxsi heyət və artilleriya qurğuları cəmləşdirir”

Oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsi tərəfimizdən müşahidə edilib.

Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Check Also

Bu gün XTQ-nin yaradılmasından 26 il ötür

Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaradılmasından 26 il ötür. Boyukmillet.com xəbər verir ki, …