Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Yalan danışan saxtakar İrəvan – Makronu yamsılayan Paşinyan – ŞƏRH

Ermənistan hakimiyyəti və havadarları Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin yaranmasında maraqlı görünmürlər. Rəsmi İrəvanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi adət halını alıb. Onlar buna Azərbaycan torpaqlarını işğaldan azad etməklə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirməyəndən vərdişkar olub. Bu gün Azərbaycanla Ermənistan münasibətlərinin normallaşmasında özünü canıyanan göstərib gözə soxaraq vasitəçilik sevdasına düşənlər onu beynəlxalq hüququ pozmasına görə cəzalanmasına həmişə göz yumub. İndi də belədir. Əvvəllər Azərbaycan torpaqlarını işğal etdiyi üçün özünü müəyyən mənada üstün vəziyyətdə hiss edən Ermənistan indi də əldə edilən razılaşmalara məhlə qoymur. Razılaşdırılmış sənədləri icra etməmək üçün müxtəlif bəhanələr uydurur.

Hətta bu azmış kimi, Azərbaycanla sərhədyanı bölgələrə əlavə hərbi qüvvə toplayır. Azərbaycan Müdafiə Nazirliyinin ötən gün yaydığı açıqlamada bu barədə bildirilib: “Oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələrilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsi tərəfimizdən müşahidə edilib”.

Ermənistan Müdafiə Nazirliyi isə Azərbaycanı açıq-aşkar şərləyir. Bu struktur iddia edir ki, guya Azərbaycanın taqımları əvvəlcə bir-birinə sonra isə ermənilər tərəfə atəş açırlar. Buna “erməni yalanı, fırıldağı” deyirlər. Düz, 200 ilə yaxındır onlar bu sayaq yalanlar uydurub tarix yazır, yazıq erməni obrazı yaradırlar.

Atalar sözüdür: “Kor atın axsaq nalbəndi olar”. Belə güc strukturu olan dövlətin Nikol Paşinyan kimi də baş naziri olar. O, tviter səhifəsində iddia edib ki, guya Azərbaycan “yeni hərbi təcavüz üçün bəhanə hazırlayır”. Onun Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin bir-birinə atəş açması kimi uydurma məlumatlar yayır. Paşinyan da Azərbaycanın atəşkəs rejimini pozduğunu bildirir. Kabinetin başçısı və tabeliyində olan güc strukturunun fərqli məlumatları hər ikisinin yalan xəbər yaymasını isbatlayır.

Rəsmi İrəvan Azərbaycanla sərhədyanı bölgələri qüvvə cəmləşdirməsi barədə məlumata münasibət bildirməyib. Ona görə də Ermənistan tərəfi bu əməlini ört-basdır etmək üçün müxtəlif bəhanələr uydurur. Nikol Paşinyan həyata keçməsi mümkün olmayan ideyalar irəli sürməklə özlərini sülhsevər və təşəbbüskar kimi təqdim etməyə cəhd göstərir. O, ötəngünkü tviterində Bakı ilə Naxçıvan arasında əlaqələri təmin etmək məqsədilə “Ermənistan-Azərbaycan sərhədində 3 keçid məntəqəsinin açılması ilə bağlı qərar layihəsinin bir neçə aydır rəsmi dövriyyədə” olduğunu bildirir. Paşinyan burada da saxtakarlığını göstərib. Əvvəla, iki ölkə arasında sərhəd müəyyənləşməyib. Belə olan halda hansı sərhəd məntəqəsindən söhbət gedə bilər. İkincisi, Azərbaycan ən qısa və daha optimal variant kimi Zəngəzur dəhlizi layihəsini irəli sürür. O, bu reallıqdan qaçmaq üçün “3 məntəqə” kimi cəfəng ideyanı beynəlxalq ictimaiyyətə sırımağa çalışır. Bu faktları yalnız erməni etnosunun nümayəndəsi danışa bilər. Çünki bu, onların xislətindədir. Hər etnosun bir özəlliyi var: onların xəmiri yalan, hiylə və fırıldaq üzərində qurulub. Bunu ermənilərlə dostluq etmiş insanlar əsrlərdir deyirlər.

Azərbaycanın ünvanına hikkəli yalanlar uyduran bir dövlətin hökumət başçısı ötən gün oktyabrın 31-də Belçikanın Brüssel şəhərində sərhədlərin delimitasiyası və təhlükəsizlik üzrə komissiyalarının iclasının keçiriləcəyi xəbərini də paylaşıb. Ermənistan, bir qayda olaraq, görüşlərdən əvvəl pozuculuq fəaliyyəti ilə məşğul olur. 13 gündən sonra sərhədlərin müəyyənləşməsi ilə bağlı toplantıya gedəcək bir dövlətin başçısı və nazirliyi saxtakarlıqla məşğuldur. Xoşməramlı və sülhsevər niyyəti olsa idi, rəsmi İrəvanın çıxış və açıqlamalarında özünü göstərərdi. Sülh və sərhədin müəyyənləşməsi üzrə danışıqlardan bəhs edən hökumət başçısı Azərbaycandakı separatçıların tör-töküntüləri ilə İrəvanda görüşlər keçirməzdi.

Nikol Paşinyan 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın müddəalarına əməl etmədikləri halda, yeni, gerçəkləşməsi mümkün olmayan iddialar irəli sürür. Onun belə ərköyün danışmasının, ideya və təşəbbüskarlıq xatirinə müxətlif cəfəng ideyalar irəli sürməsinə səbəb Avropa İttifaqı mülki müşahidə missiyasının Ermənistana səfər etməsidir. Belə çıxır ki, kim(lər)sə ona noyabrın 10-da imzalanan bəyanata əməl etməmək üçün “ağlına gələn təklifi irəli sür” deyib. Bundan başqa, bu missiyaya arxalanan Nikol Paşinyan sərhədyanı bölgəyə əlavə hərbi qüvvə və texnika yerləşdirir. Ermənistan hökumətinin məntiqsiz və ərköyün, başı sığallı kimi danışmasına təkan verənlərdən biri də heç şübhəsiz Fransa Prezidenti Emmanuel Makrondur. Onların çıxışlarındakı oxşarlıqdan belə təəssürat yaranır ki, Makron Ermənistanın Prezidentidir. Fransanın ATƏT-in keçmiş Minsk Qrupundakı fəaliyyəti, 44 günlük döyüşlərdə bu dövlətin rəhbərliyi və KİV-inin davranışı da bunu təsdiqləyir. Odur ki, rəsmi Paris üzərinə götürdüyü öhdəliklərə necə “əməl edirsə”, Nikol Paşinyan da o cür davranır. Başqa sözlə, sülh, əməkdaşlıq, təhlükəsizlik kimi məsələlərdə bu iki dövlətin liderləri bir-birinə taydırlar. Paşinyan yalan və saxtakarlığı ilə də Makronu yamsılayır.

Sədrəddin Sultan

Check Also

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 198 terrorçunu öldürüb

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 198 terrorçunu öldürüb. Boyukmillet.com xəbər verir ki, məlumatı Türkiyənin …