Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Vüsal Quliyev: “Vətən müharibəsində gəncəlilər şücaət göstərərək düşmənə göz dağı verdi”

“Vətən müharibəsi zamanı dəfələrlə terror hadisələrinə məruz qalmalarına baxmayaraq, gəncəlilər şücaət göstərərək düşmənə göz dağı verdi”.

Boyukmillet.com xəbər verir ki, bunu “Report”un Qərb bürosuna Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev Gəncə şəhərində keçirilən Zəfər Forumunda verdiyi açıqlamada bildirib.

O, bu forumun Gəncədə keçirilməsinin heç də təsadüfi olmadığı bildirib:

“Vətən müharibəsi zamanı oktyabr ayının müxtəlif günlərində ermənilər tərəfindən Gəncə bir neçə dəfə terrora məruz qalıb. Buna baxmayaraq, gəncəlilər böyük şücaət göstərərək düşmənə göz dağı veriblər. Biz bu forumu keçirərək Zəfər gününə qədər yaşananları bir daha ictimaiyyətə çatdırırıq”, – V.Quliyev deyib.

Qeyd edək ki, növbəti Zəfər forumu sabah Ağstafa rayonunda keçiriləcək.

Check Also

Əlaqələndirmə Qərargahının növbəti iclası Kəlbəcərdə keçirilib

Azərbaycan Prezident Administrasiyasının və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı …